Goranboyda qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib

16 Mart 2024 08:51

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, tədbirlər zamanı Nadirkənd kəndində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun