Kobaxidzenin Bakıya səfər proqramı açıqlandı

16 Mart 2024 06:32

Xəbər verdiyimiz kimi, Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gələcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, İrakli Kobaxidze Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. Təkbətək və geniş tərkibdə keçiriləcək görüşlərdən sonra liderlərin mətbuata birgə bəyanatı olacaq.

Səfər çərçivəsində İrakli Kobaxidze Baş nazir Əli Əsədovla da bir araya gələcək.

Gürcüstan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun