Odessaya raket hücumu: 16 ölü, 73 yaralı

16 Mart 2024 06:52

Ukraynanın Odessa şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Qeyd olunub ki, raket hücumu nəticəsində 16 nəfər ölüb, 73 sakin isə yaralanıb.

Nazir qeyd edib ki, xilasedicilər zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə gedərkən şəhərə yenidən raket zərbələri endirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun