Azərbaycanda arvadını baltalayan 69 yaşlı kişi təcridxanada öldü

15 Mart 2024 19:43

Lənkəranda 10 gün əvvəl arvadına, sonra özünə xəsarət yetirən şəxs ölüb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, martın 5-də Lənkəran rayonunun Mamusta kəndində 69 yaşlı Şahəddin Bayram oğlu Məlikov əvvəlcə həyat yoldaşı, 72 yaşlı  Xanımqız Həsən qızı Məlikovaya balta ilə, sonra özünə bıçaqla xəsarət yetirib. Ş.Məlikov şübhəli şəxs qismində saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun bu gün Bakıda saxlanıldığı istintaq təcridxanasında öldüyü bildirilir.

Ş.Məlikovun ürək tutmasından vəfat erdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun