Krımda məmurların körpələr evinə ziyarəti zamanı dayə uşaqların ağzını lentlə bağlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mash on the Wave" Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Sevastopol uşaq bağçalarından birinin dayəsi Təhsil İdarəsindən komissiyanın müəssisəyə gəlişi zamanı uşaqların həddən artıq səs-küy saldığını görərək bu addımı atıb.
Valideynlər hadisədən xəbər tutandan sonra dayə bu hərəkətini "susqunluq oyunu" adlandırıb.
Bağça müdiri bildirib ki, dayə öz istəyi ilə işdən çıxmaq barədə ərizə yazıb. Buna baxmayaraq, İstintaq Komitəsi araşdırmaya başlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun