Türkiyədə miqrantları daşıyan qayıq batdı, 20 nəfər öldü

15 Mart 2024 16:44

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çanaqqala valisi İlham Aktaş bildirib.

Məlumata görə, bölgədə 10 sahil mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və başqa qurumların əməkdaşları axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Bildirilib ki, Kabatəpə limanında çoxlu sayda təcili yardım maşını hazır vəziyyətdə saxlanılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun