Somalidə hotelə hücum: Deputatlar və digər hökumət nümayəndələri yaralandı

15 Mart 2024 19:17

Somalinin paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında yerləşən SYL hotelinə radikal "Əş-Şəbab" qruplaşması silahlı hücum edib. Nəticədə hökumət nümayəndələri yaralanıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli mediada görüntülər paylaşılıb.

Bildirilir ki, qruplaşma üzvləri hotelin daxilinə silahlı basqın edib, binanın yaxınlığında isə avtomobili partladıblar.

"Paytaxt Moqadişoda intiharçı terroristin avtomobilinin partlaması və hotelin ələ keçirilməsi nəticəsində Somalinin federal parlamentinin üzvləri də yaralanıblar", - deyə məlumatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, Xüsusi Polis Qüvvələrinin (Harmaad) rəisi, Moqadişoda SMS televiziyasının direktoru, Somali Ədliyyə Nazirliyinin baş direktoru və ölkə hökumətinin nümayəndəsi də yaralananlar arasındadır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun