“Aqrar Sığorta”ya yeni sədr təyin edilib

15 Mart 2024 13:53

"Aqrar Sığorta Müştərək Sığorta" ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, müştərək sığorta şirkətinin DŞ-nin yeni sədri İlkin İlqar oğlu Zeynalov seçilib. O bu vəzifədə Pərviz Səfərovu əvəzləyib. Pərviz Səfərov isə DŞ-nin müstəqil üzvü seçilib. Bundan əlavə, Direktorlar Şurasının üzvü Səbinə Xanbabayeva Murad qızı şirkətdən ayrılıb. "Aqrar Sığorta Müştərək Sığorta"nın DŞ-nin digər üzvləri isə dəyişməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun