Lavrov da səs verdi - VİDEO

15 Mart 2024 11:25

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ölkədə start verilən prezident seçkilərində səs verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ənənəsinə uyğun olaraq Moskvada 73 saylı seçki məntəqəsində öz səsvermə hüququndan yararlanıb. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd - Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun