Bir evdə 4 nəfər dəm qazından zəhərləndi - Ölən var

15 Mart 2024 09:16

Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən gün Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə yaşayan Allahverdiyev Yusif Xalıqverdi, Ağayev Coşqun Zakir, Ağazadə Zahir Yavər oğlu və Şəbnəm Allahverdiyeva dəm qazından zəhərlənib.

Onlar xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Şəbnəm Allahverdiyeva ölüb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun