AP-nin qərarı: İrəvan xəyanət edir – Rusiyadan reaksiya

15 Mart 2024 08:58

Bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və bu ittifaq çərçivəsində Ermənistanın iştirakı ilə bağlanmış müqavilələrə yenidən baxılmasını tələb edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin AB ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi ilə bağlı AP-nin qətnaməsini şərh eddərkən deyib.

"Bir neçə həftə əvvəl Rusiyanın deimperiya, dekolonizasiya və refederalizasiyası, yəni Rusiyanın bir dövlət kimi dağılması üçün Ukraynanın qələbəsinə çağırış edən AP deputatları Ermənistana dəvət göndərir və yaxud onu buna cəlb edirlər. Aydındır ki, onlar Rusiyaya düşmən kimi baxırlar. Ermənistana dəvət İrəvanın AB üçün dəyərli olduğuna görə deyil, Ermənistanın Rusiyadan Qərbə yönləndirilməsini möhkəmləndirmək üçün vəziyyətdən və Paşinyan hakimiyyətinin davranışından istifadə etmək istəyidir. Paşinyan hökuməti bu yolla gedir və bu, Avropa Parlamentinin oyunudur", - o bildirib.

Zatulin əlavə edib ki, bu vəziyyətdə AB Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir:

"Bu yaxınlarda Ermənistanın xarici işlər naziri növbəti dəfə Ermənistanın Avropa istəklərindən danışdı. Bu halda söhbət Ermənistanın və Avropa Parlamentinin oyunundan gedir. Onlar Ermənistanın və postsovet məkanındakı digər ölkələrin ilk növbədə Rusiyanın müttəfiqlik öhdəliklərindən imtina etməsi fonunda öz niyyətlərini reklam edirlər. Rusofobiya zəminində güclənən bu aktlar indiki halda Rusiya-Ermənistan münasibətlərinə xəyanət edən Ermənistan hakimiyyətinin davranışından faydalanmağa hesablanıb".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun