Mixaylonun öldürüldüyü kənddə onun haqqında film göstəriləcək

21 May 2010 20:35
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən xəbərə görə, iki gün davam edəcək kinoya baxış Nova-Qoritsa şəhər meriyasında və Şempas qəsəbəsindəki (Mehdi Hüseynzadənin həlak olduğu yer) kinoteatrda baş tutacaq. Təqdimat Azərbaycanın Sloveniyadakı konsulu Gəray Muradovun (filmin məsləhətçisi) və Nova-Qoritsa şəhərinin meri Mirko Brulçun dəstəyilə baş tutacaq. Təqdimatda filmin rejissoru Tahir Əliyev də iştirak edəcək.

Məlumat üçün bildirək ki, sözügedən film 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" kinostudiyasında istehsal olunub.

Milli.Az