Keyfiyyətsiz dərmanlar apteklərə necə gəlib çıxır?- VİDEO

14 Mart 2024 19:01

Apteklərdə  aparılan yoxlamalara əsasən, 38 qutu dərman vasitəsi müsadirə edilib. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə ümumilikdə 37 aptekdə yoxlama aparılıb, nəticədə 4 aptekdə nöqsan aşkarlanıb.

Bəs maraqlıdır, ümumiyyətlə keyfiyyətsiz dərmanlar apteklərə necə gəlib çıxır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, bütün dünyada dərman təhlükəsizliyi Milli Təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, istər xaricdən idxal olunan, istərsə də ölkədə istehsal olunan dərmanlara eyni tələb var, bu təhlükəsizlik parametrləridir.

Həkim həm də qeyd edir ki, bəzən xəstələr istifadə etdikləri  dərmanların keyfiyyətsiz olduğunu fərq etmirlər, bu isə ciddi fəsadlara yol açır.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Müfəttişi Elvin Nağıyev isə bildirir ki, dərmanlar ölkə ərazisinə idxal olunduqdan sonra nümunələr götürülür. Daha sonra nümunələrin keyfiyyət və kəmiyyət parametrləri yoxlanılır və sertifikatlaşdırılaraq apteklərə paylanılır. Elvin Nağıyev vətəndaşları dərman alarkən diqqətli olmağa çağırır.

Daha ətraflı videomaterialda:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun