"Əgər həyat yoldaşı xanımından "soyuyubsa", bezibsə, artıq onu sevmirsə, xoşbəxt edə bilmirsə, kənarda başqa bir qadını sevirsə, onu hər zaman düşünür, onunla xoşbəxtdir və onunla ailə qurmaq istəyirsə, o zaman ona heç bir şey demək olmaz. O zaman o kişini "buraxmaq" lazımdır".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aktrisa Xuraman Əlizadə qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Sənətçi bir müddət əvvəl səsləndirdiyi ""Ərimin xəyanətini bağışlayaram" fikirlərinə aydınlıq gətirib. Xuraman bildirib ki, xəyanətə görə ailəni dağıtmaq olmaz:
"Xəyanət" deyəndə başqa şeyləri nəzərdə tutub deyirəm. Mən əgər bilsəm ki, konkret olaraq həyat yoldaşımın həyatında başqa bir qadın varsa, onu sevirsə, o zaman deyərəm ki, get. Mən özümü niyə bədbəxt edim? Özümü niyə aşağı səviyyədə tutum? Deyərəm ki, o sevdiyin qadınla get, xoşbəxt ol. Mən "xəyanət"lə bağlı açıqlamamdan sonra sosial şəbəkə səhifəmə xanımlardan çox gözəl mesajlar aldım. Onlar əksəriyyəti yazmışdırlar ki, siz düz deyirsiniz, xəyanətə görə ailəni dağıtmaq olmaz. Bunu isə tək uşaqlara görə yox, elə özünə görə də etməməlisən. Mənim sözümün "canı" odur ki, əgər bir kişinin həyatında başqa bir qadın varsa və onu sevirsə, çıxsın getsin, qapı açıqdır. Şəxsən mən bir-iki saatlıq və günlük mesajlara və münasibətlərə görə ailəmi dağıtmaram".
Qeyd edək ki, X.Əlizadə ailəlidir. Onun bir oğul övladı var. Bu aktrisanın ikinci evliliyidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun