“Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı” dəyişib

14 Mart 2024 15:13

Prezident İlham Əliyev 10 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, siyahıya Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri - gömrük xidməti general-mayoru əlavə olunub.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az