Bu ölkə 50-dən çox səfirini dəyişir

14 Mart 2024 11:22

Polşa 50-dən çox ölkədəki səfirini dəyişdirmək qərarına gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski məlumat yayıb.

Bildirilib ki, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.

Bununla da nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədin geri çağırılması barədə qərar qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun