FTB-nin təlim mərkəzində partlayış, 16 yaralı

14 Mart 2024 10:14

ABŞ-nin Federal Təhqiqatlar Bürosunun Kaliforniyadakı təlim mərkəzində partlayış olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə istehkamçıların və xüsusi təyinatlıların birgə təlimi zamanı baş verib.

Partlayış nəticəsində 16 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun