Ən çox qazanan maliyyəçilər - REYTİNQ

6 İyun 2012 18:42
Milli.Az "Bloomberg"ə istinadən bildirir ki, KKR birbaşa investisiyalar fondunun banilərindən biri Henri Kreyvis reytinqə başçılıq edir.

2011-ci ilin nəticələrinə görə, onun xalis gəliri 30 milyon dollar olub. 2-ci yeri Kreyvisin xalası oğlu, KKR fondunun icraçı direktoru Corc Roberts 29,9 milyon dollarlıq gəlirlə tutub.
ABŞ-ın ən böyük sığorta şirkətlərindən biri "Prudential"ın rəşbəri Con Strencfelod 23,7 milyon dollarla üçüncü yerdədir.

İlk onluqda sonrakı yerlərdə Ceymi Daymon (JP Morgan Chase), Larri Fink (BlackRock), Con Stampf (Wells Fargo), Ceyms Kraççiolo (Ameriprise Financial), Riçard Ferbenk (Capital One) və Cim Ror (PNC Financial Services Group) da var.

Milli.Az