Salyanda məktəbli xərçəngdən öldü

14 Mart 2024 00:10

Salyan rayonunda məktəbli uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşılıb.

Belə ki, rayonun Y.Qafarov adına 8 saylı orta məktəbinin 11-ci sinif şagirdi Ağayev Rəvan Rövşən oğlu xərçəngdən vəfat edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun