“Həmin silahları Kiyevə göndərməyəcəyik”

13 Mart 2024 23:10

"Biz Kiyevə alman əsgərlərinin köməyi ilə istifadə edilə bilən silahlar göndərməyəcəyik".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts alman deputatların suallarını cavablandırarkən deyib.

Alman zabitlərinin Krım körpüsünü dağıtmaq üçün Kiyevə uzaqmənzilli "Taurus" raketləri göndərməyi planlaşdırdığı səs yazısının əks-sədaları fonunda, Baş nazir Şoltsdan Kiyevə silah tədarükü ilə bağlı yeni açıqlama gəlib:

"Bu, mənim Almaniya kansleri olaraq keçmək istəmədiyim bir xəttdir. Ona görə də qərar verdim və mövqeyimi izah etdim".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun