Mesut Özil və həyat yoldaşından Ramazanda tələbələrə jest

13 Mart 2024 23:40

Əfsanəvi futbolçu Mesut Özil yaşıl meydanlarla vidalaşdıqdan sonra özünü xeyriyyə işlərinə həsr edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ehtiyacı olanlara yardım edən Özil bu Ramazanda zəlzələ qurbanları üçün hərəkətə keçib.

Özil həyat yoldaşı Amine Gülşe ilə birlikdə zəlzələ fəlakətində ailəsini və yaxınlarını itirən 18 uşağın təhsilini üzərinə götürüb.

Qeyd edək ki, Özil uşaqlara 12 illik icbari təhsil müddətində dəstək olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun