Uzun müddət gənc və gözəl qalmaq üçün dəriyə qulluq etmək lazımdır. Bir çox cəhətdən dərinizin vəziyyəti yaxşı genlərdən, eləcə də yaşadığımız mühitdən asılıdır.
Milli.Az lent.az-a istinadən bildirir ki, dərini erkən yaşlanmadan qoruyan universal üsullar var.
1. Dərinizi diqqətlə təmizləyin
Yaşlandıqca dəriniz quruya bilər. Krem və ya yağlı təmizləyicidən istifadə etməyə və skrabdan istifadə tezliyini azaldın.
2. Xüsusi serumlardan istifadə edin
Dəri Biologiyası Laboratoriyasının rəhbəri Valerie Cenizo dərinin möhkəmliyini itirməsi və ya qırışların görünüşü kimi xüsusi ehtiyaclarına cavab verən serumlardan istifadə etməyi tövsiyə edir. O, həmçinin dərinin qoruyucu baryerini yaxşılaşdırmaq üçün bəziləri bütün yaşa uyğunlaşdırılmış gecə serumlarından istifadə etməyi tövsiyə edir.
3. Yaşa uyğun kremlərdən istifadə edərək dərinizi nəmləndirin
40 yaşdan sonra dəri əlavə qorunmağa ehtiyac duyur. Çünki dəri baryeri daha incə və zəif olur. Dərini nəmləndirən və qidalandıran, həmçinin antioksidant və qoruyucu xüsusiyyətlərə malik efir yağlarını ehtiva edən kremlərdən istifadə etmək lazımdır. Bu kremlər kollagen səviyyələrini, dərinin möhkəmliyini və elastikliyini yaxşılaşdıra bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun