Rusiya “Google”u cərimələdi

13 Mart 2024 18:32

Rusiyada məhkəmə "Google"u 4 milyon rubl (təxminən 44 min dollar) cərimələyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Google"a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Məhkəmə "YouTube"da bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və "Google"u 4 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, "Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun