Aysun ana olacaq

13 Mart 2024 18:24

Müğənni Aysun İsmayılova ana olacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "Tarixin bir günü" proqramında məlumat verilib. Aparıcı Tarix Əliyev telefon xəttində olan Rəqsanə İsmayılovaya "6-7 ay sonra nənə olacaqsınız. Düzdürmü" deyə sual ünvanlayıb. 

İsmayılova cavab kimi "Bu qıza dedim ki, məni qocaltma. Amma çox gözəl hissdir", - deyə bildirib.

Qeyd edək ki, Aysun bir neçə ay öncə vəkil Ramil Vəliyevlə ailə qurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun