70 il “dəmir ağciyərdə” yaşayan Pol Aleksandr vəfat etdi - FOTOlar

13 Mart 2024 17:05

ABŞ-nin Texas ştatının Dallas şəhərində 70 ildən çox "dəmir ağciyərdə" yaşayan 78 yaşlı Pol Aleksandr dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 1952-ci ildə altı yaşlı Pol Aleksandrın virus səbəbiylə bütün bədəni boyundan aşağı iflic olub. O, yalnız başı çıxdığı 600 kiloluq xüsusi silindrdə "Dəmir ağciyərlərlə" yaşamağa möhtac qalıb. Lakin buna baxmayaraq, Paul Aleksandr yazıçı, hüquqşünas və səyyah kimi aktiv həyat sürüb. O, fiziki məhdudiyyətləri olsa da, müsbət münasibəti və təbəssümü ilə tanınırdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun