Şarl De Qollun oğlu 102 yaşında öldü

13 Mart 2024 12:57

Fransanın keçmiş prezidenti Şarl De Qollun oğlu Filipp 102 yaşında ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

"O, dünən gecə əlillər üçün nəzərdə tutulmuş müəssisədə vəfat edib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Filipp De Qoll ehtiyatda olan admiral və keçmiş senator idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun