31 il sonra Talış kəndində Yel çərşənbəsi belə qeyd edildi - FOTO

13 Mart 2024 13:36

Doğma sakinləri ilə birlikdə Ağdərə rayonunun Talış kəndində el adət-ənənələrimiz yenidən çiçəklənir.

Milli.Az Trend-ə istinadən bildirir ki, uzun illərdən sonra bu il sakinlər Yel çərşənbəsini əzəli torpaqlarında böyük coşqu ilə qeyd ediblər.

Xatırladaq ki, 2023-cü ilin mart ayında "Böyük Qayıdış" Proqramı çərçivəsində Talış kəndinə 20 ailə (91 nəfər) köçürülüb və hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Köçürülmə planının ikinci mərhələsində 158 ailə Talış kəndinə qayıdacaq.

Bu günə qədər kənddə 20 ev, 10 qeyri-yaşayış obyekti bərpa edilərək yenidən qurulub. İnzibati bina və uşaq bağçası əsaslı təmir olunub, 78 şagird yerlik məktəb binası da bərpa edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun