Ardıcıl 2-ci dəfə ayın ən yaxşı oyunçusu seçildi

13 Mart 2024 08:12

"Bavariya"da fevralın ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Aleksandr Pavloviç ardıcıl 2-ci ay Münhen təmsilçisinin ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə 29 faiz səs toplayıb və  Camal Musiala (18,5 faiz) və Harri Keyni (14 faiz) qabaqlayıb.

Qeyd edək ki, A.Pavloviç 2023-cü ildən "Bavariya"da oynayır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun