14 mart Bakı vaxtı ilə saat 23:59-da "Qarabağ" səfərdə "Bayer 04"ün qonağı olacaq.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Leverkuzen komandasını keçsə, 1,8 milyon avro gəlir əldə edəcək.
Bundan əlavə, klub TV yayımından da qazanc götürəcək. Buradakı məbləğ 1/8 finaldakı nəticələrdən asılı olacaq.
Hazırda Avropa Liqasında 9 ölkədən 16 klub iştirak edir. Sabahkı nəticələrdə sensasiya olmasa, turnirdə çıxış edən dövlətlərin sayı maksimum 7 olacaq. UEFA 1/4 finalda TV yayım üçün 9,07 milyon avro ayırır. Həmin pulu da iştirakçı ölkələr arasında bölür. "Qarabağ" turnirdə Azərbaycan təmsil edən tək klubdur. Demək ki, Ağdam təmsilçisi 1/4 finala yüksəlsə, TV yayımdan azı 1,3 milyon avro daha qazanacaq.
Qeyd edək ki, "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun