Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin əhalinin təxliyəsinə icazə verəcək

13 Mart 2024 07:20

İsrail HƏMAS hərəkatına qarşı Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat keçirəcək.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) konfransında deyib.

"Biz HƏMAS-ı məhv edəcəyik, Qəzza zolağında saxlanılan girovları qaytaracağıq", - Netanyahu bildirib.

O, qeyd edib ki, əsas məsələ Qəzza zolağının heç vaxt İsrail üçün təhlükə yaratmayacağına əmin olmaqdır.

Baş nazir vurğulayıb ki, Rəfahdakı hərbi əməliyyat zamanı əhaliyə təhlükəli əraziləri tərk etmək imkanı yaradılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun