ABŞ kəşfiyyatının rəhbəri: “Vaşinqtonun köməyi olmasa, Ukrayna Rusiyanın şərtləri ilə razılaşacaq”

12 Mart 2024 22:09

ABŞ-nin dəstəyi olmasa, Ukrayna hakimiyyəti bir ildən sonra Rusiyanın şərtləri ilə razılaşmağa və danışıqlara başlamaq məcburiyyətində qalacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Robert Börns deyib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının məğlubiyyətinin nəticələri Vaşinqtonun təkcə Avropada deyil, həm də Hind-Sakit okean regionunda maraqlarına təsir edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun