Bu şəxslərin maaşı artırılır

12 Mart 2024 14:56

Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşları artırılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilməsi təklif edilir:

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri - 200 manat miqdarında;

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri - 180 manat miqdarında;

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri - 160 manat miqdarında;

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) - 145 manat miqdarında;

baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) - 130 manat miqdarında;

vergi xidməti müşaviri (ədliyyə müşaviri) - 115 manat miqdarında;

kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) - 100 manat miqdarında;

1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) - 80 manat miqdarında;

2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) - 65 manat miqdarında;

3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) - 55 manat miqdarında.

Qüvvədə olan qanuna əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir:

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri - 60 manat miqdarında;

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri - 54 manat miqdarında;

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri - 51 manat miqdarında;

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) - 48 manat miqdarında;

baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) - 45 manat miqdarında;

vergi xidməti müşaviri (ədliyyə müşaviri) - 42 manat miqdarında;

kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) - 39 manat miqdarında;

1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) - 36 manat miqdarında;

2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) - 33 manat miqdarında;

3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) - 30 manat miqdarında.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun