Rusiyada hərbi təyyarə qəzaya uğradı, 15 nəfər öldü - VİDEO - FOTO

12 Mart 2024 14:52

Rusiyada İl-76 hərbi təyyarəsi eniş zamanı İvanovo vilayətində qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ilkin məlumatlara görə, təyyarənin göyərtəsində olan 15 nəfər ölüb.

"112" teleqram kanalının məlumatına görə, İvanovo yaxınlığında qəzaya uğrayan İL-76 təyyarəsi Tverdə qərarlaşıb: "Severnı aerodromundan havaya qalxarkən təyyarənin mühərriki yanıb. Ekipaj dövrə vurduqdan sonra eniş zolağına təcili eniş etməyə cəhd etsə də, buna nail ola bilməyib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun