Bu şəxslər vergi orqanlarında işləyə bilməyəcək - RƏSMİ

12 Mart 2024 13:43

Narkotik vasitələri istehlak etməsi müəyyən olunan şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan edilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik layihəsində əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş şəxslərin vergi orqanlarında xidmətə qəbul olunması qadağan edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun