Makron Ukraynaya səfərini ləğv etdi - Səbəb

12 Mart 2024 05:50

Fransa Prezidenti Emmanuel Makron müttəfiqləri ilə gərgin münasibətlərə görə Kiyevə çoxdan planlaşdırılan səfərini ləğv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri mənbələrə istinadən yazıb.

Nəşrə danışan mənbələr Makronun hazır təkliflərlə Ukraynaya gəlmək üçün müttəfiqləri ilə danışıqlara vaxt ayırmaq istədiyini bildirib:

"Lazımi qərarların qəbul edilməsi və tərəfdaşlar qarşısında öhdəliklərin formalaşdırılması bir az vaxt tələb edir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun