İsrail HƏMAS üzərində tam qələbə çalmaq üzrə olduğunu açıqlayıb

11 Mart 2024 22:05

İsrail Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə çalmaq yoluna qədəm qoyub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.

"Biz tam qələbə çalmaq yolundayıq. Ən sonuncularına qədər gedəcəyik", - israili diplomat HƏMAS rəhbərliyini nəzərdə tutaraq deyib.

O əlavə edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail hərbçiləri Fələstin hərəkatında dördüncü mühüm şəxsi öldürüblər, HƏMAS-ın birinci, ikinci və üçüncü adamları isə "artıq yoldadır".

Qeyd edək ki, martın 7-də İsrailin Baş naziri döyüş zonasını genişləndirməyi planlaşdırdıqlarını açıqlayıb. O, Qəzza zolağında aparılan hərbi əməliyyatın tezliklə Rəfah şəhərinə də keçəcəyini əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun