Bu rayonda qızılcaya qarşı peyvəndləmə işləri davam edir

11 Mart 2024 21:27

Biləsuvar rayonunda qızılca virusuna qarşı peyvəndləmə işləri davam edir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, ötən üç ay ərzində (dekabr, yanvar və fevral) 745 azyaşlı bu virusa qarşı peyvənd olunub.

Həmçinin Biləsuvar rayonunda dekabr ayında 19 nəfər, yanvar ayında 7 nəfər bu virusa yoluxub.

Fevral ayında və hələlik mart ayında bu xəstəliyə yoluxma qeydə alınmayıb. Eyni zamanda əvvəllər peyvənddən imtina edən 2-11 yaş arası 64 nəfər ötən ay peyvəndə cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun