Tokayevin şərəfinə dövlət ziyafəti verilib - VİDEO - FOTO

11 Mart 2024 18:19

Martın 11-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ziyafətdə Azərbaycanın və Qazaxıstanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Milli.Az