Boks üzrə Avropa çempionu güllələnərək öldürüldü

11 Mart 2024 17:23

IBF versiyası üzrə keçmiş Avropa və dünya çempionu Besar Nimani 38 yaşında öldürülüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, veteran boksçu Almaniyanın Bilfeld şəhərində restorandan çıxarkən güllələnib.

Nimani hadisə yerindəcə ölüb.

O, 1985-ci ildə Kosovoda anadan olub, 1997-ci ildə Almaniyaya köçüb və sonra orada yaşayıb. 2011-2019-cu illərdə rinqdə keçirdiyi 27 peşəkar döyüşün 26-da qalib gəlib.

Qeyd edək ki, boksçu bundan əvvəl - 2013-cü ildə də Bilfildin mərkəzində mübahisədən sonra atışmada yaralanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun