Cəbrayılda azad edilən kənddən mərmi tapıldı - FOTO

11 Mart 2024 10:05

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunundan Milli.Az-a verilən xəbərə görə, rayonun Şəybək kəndi ərazisindən 1 ədəd avtomat və 2 ədəd tank mərmisi aşkarlanıb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun