Kreml: Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir

10 Mart 2024 15:17

Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya liderinin təhlükəsizliyi, o cümlədən səfərlər vaxtı qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.

Qeyd edək ki, martın 5-də Putin Stavropol diyarına səfəri zamanı istixana kompleksinin işçiləri ilə nahar edib, ona şorba, kartof püresi və həmin istixanada yetişdirilən tərəvəzlər təqdim olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun