Ariana Qrande keçmiş ərini yalan danışmaqda ittiham etdi

10 Mart 2024 15:06

Bu yaxınlarda Ariana Qrande "Eternal Sunshine" albomunu buraxıb. Müğənninin pərəstişkarları isə həm mahnılardan həzz alıb, həm də onlarda gizli məna tapıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlardan birində müğənni keçmiş əri Dalton Qomesi yalan danışmaqda ittiham edib.

"Mən heç vaxt sənin qədər yalan danışan adam görməmişəm. Biz indi ayrı-ayrı səhnələr oynayırıq, indi o mənim yatağımda üzünü sənin sinənə sıxıb, mən isə bunun necə bitəcəyini düşünürəm", - deyə Ariana "Eternal Sunshine" mahnısında oxuyur. Müğənni mətndə bütün qorxularını ona bildirdiyini, onunsa ancaq oyun oynadığını qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun