İsrail Livana hücum edib, 5 nəfər öldü

10 Mart 2024 10:07

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda Hizbullah polislərinin forpostlarının yerləşdiyi ərazilərə hücumu edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al Wataniya" agentliyi məlumat yayıb.

Hirbet Silm kəndində mərminin yaşayış binasına düşməsi nəticəsində bir qadın və iki uşaq olmaqla beş ailə üzvü həlak olub. Daha 9 nəfər yaralanaraq Tebnin şəhərindəki xəstəxanaya aparılıb.

Mülki müdafiə xidmətinin xilasediciləri qonşu evlərə ciddi ziyan dəydiyini bildirib. Yerli hakimiyyət orqanları dəymiş ziyanın həcmini müəyyənləşdirirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun