Pilotlar uçuş zamanı yuxuya getdilər - sərnişinlərin qorxulu anları

10 Mart 2024 09:50

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

"Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zamanı pilot və ikinci pilot eyni vaxtda təxminən 28 dəqiqə yatıb.

Hadisə bir sıra naviqasiya xətaları ilə sonuclansa da, iki saat 35 dəqiqə davam edən reysdə "Airbus A320" təyyarəsinin nə 153 sərnişini, nə dörd bort baxıcısı zərər çəkib.

Məlumata görə, ölkənin Nəqliyyat Nazirliyi insidentlə əlaqədar pilotlara şiddətli töhmət verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun