Ukraynada daha iki gürcü döyüşçü həlak olub

10 Mart 2024 00:30

Ukraynada daha iki gürcü döyüşçü həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb.

Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar.

Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 61 gürcü döyüşçü həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun