Ukrayna savaşında kim uduzur, etiraf etsin və... - Papa

9 Mart 2024 23:27

Ukrayna münaqişəsində uduzan tərəf bunu etiraf etmək üçün özündə cəsarət tapmalı və danışıqlara razı olmalıdır.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu Roma Papası Fransisk bildirib.

"Bu bir şərhdir. Ancaq mən inanıram ki, vəziyyəti görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür", - Papa deyib.

O qeyd edib ki, bu gün beynəlxalq güclərin köməyi ilə danışıqlar aparmaq olar:

"Danışıqlar" sözü cəsarətdir. İşlərin yolunda getmədiyini görəndə cəsarətlə danışıqlar aparmaq lazımdır. Vaxtında danışıqlar aparın, vasitəçi kimi çıxış edəcək hansısa ölkəni axtarın".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun