Fransaya qarşı 100 milyardlıq iddia başlamalıdır

10 Mart 2024 20:40

Vaxtilə Fransanın müstəmləkəliyində olan ölkələr təzminat tələb etməlidirlər.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.

Rusiyalı ekspert bildirib ki, keçmiş Fransa müstəmləkə imperiyasından əziyyət çəkən ölkələrə təzminat məsələsində dəstək verilməlidir:

"Fransız müstəmləkəçilərinin vəhşiliklərinə və resursların talanına görə 100 milyard avro məbləğində təzminat ödənilməsini tələb edən keçmiş Fransa müstəmləkələri və indiki suveren müstəqil dövlətlər tərəfindən Fransaya qarşı birgə sinfi fəaliyyət iddiasına başlamaq və dəstəkləmək lazımdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun