Qərb ölkələri islamofobiyanın artmasına sponsorluq edir - Əli Al Qarni

9 Mart 2024 12:22

İslamofobiya dünyada təhlükəli bir hal alıb və bir sıra Qərb ölkələri bunun artmasına sponsorluq edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı Əli Al Qarni deyib.

O bildirib ki, Azərbaycanda və başqa ölkələrdə insanlar mehriban şəraitdə yaşayır, bütün dinlərin nümayəndələrinə hörmət edilir.

"Lakin Qərb ölkələri eyni hissləri bölüşmür. Biz Qərbdə artmaqda olan İslamofobiya ilə mübarizə aparmaq üçün birgə səylər göstərməliyik. Xüsusilə də Fransada islamofobiya ilə mübarizə aparmaq vacibdir", - deyə o əlavə edib.

Əli Al Qarni bu konfransa ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.

"Azərbaycan islamofobiya probleminin beynəlxalq səviyyədə müzakirəsi üçün çox gözəl platfoma təqdim edir", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun