Türkiyədə ağır qəza - 1 nəfər öldü, 27 nəfər yaralandı

9 Mart 2024 11:46

Türkiyədə iki avtobus toqquşub, 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Qəza ölkənin Bartın bölgəsində baş verib. İşçiləri daşıyan bir mikroavtobus digər servis avtobusu ilə toqquşub. Hadisə yerinə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun