Teylor Sviftin Sinqapurdakı çıxışları ölkənin ÜDM-sini artıracaq

9 Mart 2024 08:56

Amerikalı müğənni Taylor Sviftin "The Eras" konsert turu son altı rübdə Sinqapurun ən sürətlə inkişaf edən iqtisadiyyatına töhfə verəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Agentliyin sorğusuna qatılan iqtisadçılar ölkənin illik ÜDM artımı ilə bağlı gözləntiləri 2,3%-dən 2,5%-ə yüksəldiblər.

Ekspertlər deyirlər ki, Taylor Sviftin çıxışları Sinqapur iqtisadiyyatına 300-400 milyon Sinqapur dolları (təxminən 225-300 milyon dollar) gəlir gətirəcək.

Martın 2-dən martın 8-dək müğənni ölkədə beş konsert verib, daha biri isə martın 9-na planlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun